Yaponiyada zəlzələ nəticəsində 30 nəfər xəsarət alıb

Yaponiyanın şimal-şərqində baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində Fukusima prefekturasında azı 30 nəfər xəsarət alıb.

Zafer TV Trend-ə istinadən bildirir ki, hazırda yerli hakimiyyət orqanları xəsarət alanlar və dağıntılar barədə məlumat toplamağa davam edir.

Bildirilir ki, zəlzələ nəticəsində Fukusima prefekturasının inzibati mərkəzində bir neçə yanğın hadisəsi baş verib. Hazırda yanğınsöndürmə xidmətləri müvafiq məlumatları dəqiqləşdirirlər.

Xatırladaq ki, bu gün Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Fukusima prefekturasının yaxınlığında yerləşib. Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.