“Pençe Kartal-2” başa çatdı – 50 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatı başa çatıb.

Zafer Tv APA-ya istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi, general-mayor Yaşar Güler bildirib ki, əməliyyatda ümiumilkdə 50 terrorçu zərərsizləşdirilib.

10 fevral 2021-ci ildən “Pençe Kartal-2” Hərəkatına başlandığını bildirən Y.Güler bildirib ki, qısa müddətli hərəkatda Türkiyə ordusunun pilotsuz təyyarələrindən istifadə olunub.

TSK rəisi İraqda PKK/YPG terrorçuların əsas mərkəzi olan Qəndil bölgəsinə yaxın məsafədə yerləşən Qarada 75 kilometr en, 25 kilometr uzunluğa malik olan bir sahədə yerləşən əhəmiyyətli bir mağaranın ələ keçirildiyini deyib:

“Mağaraya 3 giriş, 9 otaq və 7 dəmir qapı var. Bəllidir ki, uzun müddətli fəaliyyətlərdən sonra bu mağara yaradılıb. Mağarada 8 terrorçu ələ keçirildi”.

Qeyd edək ki, sözügedən mağarada Türkiyə ordusu terrorçular tərəfindən öldürülən 13 Türkiyə vətəndaşının cəsədini aşkarlayıb. Hərbi əməliyyatlar zamanı TSK-nın 3 hərbçisi şəhid olub, 3-ü isə yaralanıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support