Bakı-Quba yolunda dəhşət: Maşın sürücü qarışıq yandı +VİDEO

Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zafer Tv “Report”a istinadən xəbərinə görə, hadisə yolun 9-cu km-də – Abşeron rayonu ərazisndən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hundai Azera” markalı avtomobil anidən alışıb. Sürücü yanıq xəsarətləri alsa da, maşından çıxmağa müvəffəq olub.