“Laçında qısa müddətdə SES-in açılması dövlətimizin gücünü göstərir”

Laçında Güləbrid Su Elektrik Stansiyasının açılması müharibəni yenicə başa vuran dövlətimizin gücünü göstərən çoxsaylı amillərdən biridir.

Zafer Tv bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri həmişə böyük əhəmiyyət daşıyan hadisələrlə əlamətdar olur.

O, bu hadisələrə misal olaraq, Füzulidə beynəlxalq hava limanının və Şuşaya aparacaq yolun təməlinin qoyulmasını misal göstərib:

“Budəfəki səfərdə isə diqqəti ən çox cəlb edən Laçında dövlət bayrağımızın qaldırılması və Güləbird SES-in açılışı oldu. SES-in istifadəyə verilməsi aydınlıq, işıq, enerji və istilik deməkdir. Deməli, işğaldan azad edilmiş ərazilərimizə mədəniyyətimiz, aydınlıq, işıq, enerji və istilik, bütövlükdə qaynar həyat qayıtmağa başlayır. Unutmayaq ki, müharibənin başa çatmasından 3 ay keçir. Qısa müddətdə görülən işlər dövlətimizin gücünü göstərən çoxsaylı amillərdən biridir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support