Məşhur prokurorun qardaşı oğlu həbsdən azad edildi – Qərar

“AmrahBank”ın müşahidə Şurasının sədrinin müşaviri Ülvi İldırımzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkilinin vəsatətinə baxılıb.

Zafer Tv teleqraf.com-a istinadən bildirir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan iclasda Ülvi İldırımzadənin vəkili İlkin Ələsgərovun vəsatəti təmin edilib.

Ülvi İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. O, həbsdən buraxılıb.

Qeyd edək ki, yanvarın 27-də Mədinə Bağırovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Ülvi İldırımzadənin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Ülvi İldırımzadə “AmrahBank”ın Müşahidə Şurasının sədri Yunis İldırımzadənin müşaviri olub.

O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Yunis İldırımzadə Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qardaşıdır.

Baş prokuror Kamran Əliyevin əmri ilə Yusif İıdırmzadə təqaüdə göndərilib.

Xatırladaq ki, “AmrahBank” ötən ilin aprelin 28-də i bağlanıb.

İstintaq orqanı tərəfindən Ülvi İldırımzadənin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya isriaf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

İstintaq gedir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support