Polislə gənc qadının bu görüntüləri gündəm oldu – VİDEO

Sosial şəbəkələrdə Yasamal rayonu ərazisində polis tərəfindəm qadına qarşı zorakılıq edilməsi ilə bağlı görüntülər yayılıb.

İddialara görə, Yasamal rayonu, 27-ci polis bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu 12 Fevral 2021-ci il tarixində, saat 16:15 radələrində Şixəli Qurbanov-19 ünvanında yerləşən “Öz Bərbərim” bərbərxanasına daxil olaraq qeydiyyatçı xanıma maska taxmadığına görə cərimə yazmaq istəyib.

Xanım etirazını bildirdikdə isə sahə müvəkkili qadına zorakı hərəkətlər tədbiq edib. Xanım 102 xidmətinə şikayət edib. Buna baxmayaraq o, polis bölməsinə aparılıb və ona cərimə protokolu yazılıb.

Həmin görüntüləri təqdim edirik: