Sadiq Gözəlovun işdən çıxarılma səbəbi məlum oldu

Polis polkovniki Sadiq Gözəlov çalışmanın yaş həddinə çatdığına görə tutduğu vəzifəsindən azad edilib.  

Zafer Tv Oxu.Az-a istinadən xəbər verir ki, 65 yaşlı polis polkovniki Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq (çalışmanın yaş həddinə çatdığına görə) Fondun icraçı direktoru (mülki) vəzifəsindən azad edilib.


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovniki Sadiq Gözəlovu qəbul edib. Daxili işlər orqanlarında qüsursuz xidmətlərinə, uzun müddət rəhbərlik etdiyi DİN mətbuat orqanında vəzifələrini layiqincə yerinə yetirdiyinə, habelə anadan olmasının 65 illik yubileyi və təqaüdə çıxması münasibətilə S.Gözəlov fəxri fərmanla təltif olunub.


Məlumatı DİN-nin Mətbuat xidməti təsdiq edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support