“Space” TV-yə yeni rəhbər təyin edildi (FOTO)

Space TV-yə yeni rəhbər təyin olunub.


Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib. Kamil Şahverdiyev xəbəri APA-ya təsdiqləyib.


Qeyd edək ki, Kamil Şahverdiyev Rəşid Behbudovun kürəkəni və mərhum sənətçinin adını daşıyan fondun direktorudur. O, uzun illərdir, “Space” TV-də çalışır.

Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.