Torpaq sürüşməsi nəticəsində 20 nəfər itkin düşdü

İndoneziyanın Cava əyalətində şiddətli yağışlardan sonra meydana gələn torpaq sürüşməsi zamanı 14 nəfər yaralanıb, 20 nəfər isə itkin düşüb.

Zafer Tv bizim.media-ya istinadən bildirir ki, bu barədə İndoneziya Təbii Fəlakətə Nəzarət Agentliyi məlumat yayıb.

Məlumata görə, ərazidə axtarış-xilasetmə tədbirləri görülür. Təbii fəlakətdən zərərçəkən şəxslər evakuasiya edilir.