13 türkiyəlini öldürən terrorçunun şəxsiyyəti məlum oldu – FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar parlamentdə təşkil olunan iclasda Qarada 13 Türkiyə vətəndaşını qətlə yetirən PKK terrorçusunun kimliyini açıqlayıb.

Zafer Tv Sfera.az-a istinadən xəbər verir ki, nazir bildirib ki, bu, “Sorej” kod adlı Kamuran Atamandır.

H.Akar qeyd edib ki, K.Ataman “narıncı siyahı” ilə axtarışdadır:”Terrorçu 2017-ci ildən Beytüşşəbap bölgəsində bir çox qətliama qatılıb.

Oradan müxtəlif yollarla qaçaraq, Qamışlıda, Derikdə 2017-2018-ci illərdə “cəbhə cavabdehi” olaraq çalışıb”.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support