Mətanətdən “Space TV”dən getməsi iddialarına cavab

Aparıcı Mətanət Əliyevanın “Space” kanalındakı “Mətanətli səhər” proqramının yayımı iki gündür dayandırılıb.

Zafer Tv bildirir ki, aparıcı axşam.az-a açıqlamasında kanalla yollarını ayırması iddialarına cavab verib. O bildirib ki, “Space TV”dəki fəaliyyəti davam edir:

“Studiyada təmir işi aparılır, yenilənməlidir. Hazırda Türkiyədəyəm, kanal üçün veriliş çəkirik. Təmir işi bitəndən sonra ya martın 1-də, ya da 8-də yenidən tamaşaçıların qarşısına çıxacam. Studiya ürəyimcə deyildi. Qonaqlarımı istədiyim kimi qarşılaya bilmirdim.

Mətanət 26 ildir efirdədir. Mənə bu cür reklam lazım deyil. Həftənin cümə günü proqramda bu haqda məlumat vermişdim. Anonsumuz da efirdə yayımlanır”.