Putinin gizli ordusunun döyüşçüləri öldürüldü: – “Vaqner” muzdlusu girov götürüldü

Rusiyanın yuxarı dairələrinə bağlı olduğu deyilən “Vaqner” özəl hərbi şirkətinin bir neçə döyüşçüsü Mərkəzi Afrika Respublikasında öldürülüb. Bir döyüşçü isə girov götürülüb. Cebhe.info xəbər verir ki, bu barədə “Corbeau News” yazıb.

Zafer Tv Dia.az-a istinadən xəbər verir ki, hadisə Kombele kəndində baş verib. Bura mərkəz Bambaridən 10 km məsafədə yerləşir. Olay 10 fevralda baş versə də, barəsində ancaq indi xəbər yayılıb.

“Biz rusiyalı hərbçini girov götürdük, bir neçəsini isə öldürdük. Onların yük maşınlarını da məhv etdik”,- deyə Dəyişiklik üçün Vətənpərvərlik Koalisiyası bildirib. Bu koalisiya hakimiyyətə qarşı silahlı qruplaşmaları birləşdirir.

Hətta girov götürülən rusiyalı hərbçinin videosu da yayılıb. Videoyazının keyfiyyəti aşağı olduğundan, şəxsin kimliyini müəyyən etmək olmur.

Xatırladaq ki, artıq ölkədə yanvarda keçirilən son prezident seçkisinin rəsmi nəticəsi açıqlanıb. Nəticələrə görə, infiki Prezident Fosten Arkanc Tuader yenidənq alib gəlib. Müxalifət və silahlı qruplaşmalar seçkinin nəticəsini tanımır.



Ölkə rəhbərliyinin müraciəti əsasında Rusiya milli orduya təlim keçmək üçün 300 hərbçi göndərib və məqsəd həm də seçkilərdə təhlükəsizliyin təmini olub. Rusiyadan bura həmçinin 4 Mi-8 helikopteri, mühəndis texniki heyət də gedib. Yanvarın sonunda Rusiya Müdafiə Nazirliyi helikopterləri geri qaytarıb.

Ancaq ölkədə həm də özəl “Vaqner” hərbi şirkətinin muzdlu döyüşçüləri var. “Vaqner” muzdlularının ümumilikdə Afrika qitəsində bir neçə ölkədə olduğuna dair tez-tez məlumatlar yayılır.

Sözügedən şirkətin hətta Putinə bağlı olduğu bildirilir və mətbuatda “Putinin gizli ordusu” kimi təqdim olunur. Şirkətin rəhbəri Putinin dostu və şəxsi aşpazı kimi tanınan Yevgeni Priqojindir. Ancaq məlumdur ki, Rusiyada yuxarı dairələrin xeyir-duası olmadan belə bir silahlı qruplaşma yaratmaq, muzdluları başqa-başqa ölkələrə göndərmək mümkün deyil.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support