Şəhidimiz II Fəxri Xiyabanda dəfn olundu

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn olunub.

Zafer TV APA-ya istinadən bildirir ki, Vətən müharibəsində iştirak edən 21 yaşlı Quliyev Əkbər Güləhməd oğlu Bakıda II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.

Allah rəhmət eləsin!