“Space“in yeni rəhbəri Mətanətin verilişini bağladı

“Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev tanınmış aparıcı Mətanət Əliverdiyevanın verilişini bağlayıb.

Zafer Tv xəbər verir ki, onun aparıcılığını etdiyi “Hər səhər Mətanətlə” proqramı artıq iki gündür yayımlanmır.

İddialara görə kanalın rəhbəri verilişin yayımını dayandırıb.  

Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir “Space” TV-də çalışır.

Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support