Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub.



Zafer Tv xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, Siyəzən Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi, polis mayoru Məmmədşah Həsənəliyev Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.