“Şagirdin hicabını zorla açan məmurun özünü soyundurmaq lazımdır”

Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın dərsə gələn hicablı şagirdi içəri buraxmaması ilə bağlı sosial şəbəkədə xəbər yayılıb.

Zafer Tv xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Miri Yusif paylaşım edib. Müğənni direktorun bu addımını qınayıb:

“Məncə, şagirdin hicabını zorla başından açıb yerə atan məmurun don və ya şalvarını zorla açıb yerə atmaq lazımdır”.

Qeyd edək ki, direktor məsələ ilə bağlı “Məktəbimizdə təhsil alan 1300 şagirddən 800 nəfəri qızdır. Bizim məktəbdə başı bağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur. Görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Ona dedim məktəbin daxilinə girəndə başını aç, bayıra çıxanda bağla. 1 uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq” sözlərini deyib.