Akşin Fatehlə Nəfəsin arasında nə baş verib? – Özəl AÇIQLAMA

“Əgər qarşı tərəf davam edəcəksə, mən də açıqlamalarımı davam etdirəcəm, yox onlar sakit dayanacaqsa mən də sakit dayanacam”.

Bu barədə Zafer Tv-yə özəl açıqlamasında müğənni Nəfəs Akşin Fatehlə aralarında olan insidentə münasibət bildirərkən deyib.

“Bəli, belə bir qalmaqal baş verib. Lakin istəməzdim olsun. Çünki biz bir yerdə çörək kəsmişik, kəsdiyimiz çörəyə böyük hörmətim var. Akşin müəllim məndən yaşca da böyükdür. Ona görə, mən heç vaxt açıqlama vermədim. Sadəcə gördüm ki, silsilə olaraq efirlər haqqında fikirlər danışılır, böhtanlar atılır üzərimə, çıxdım açıqlama verdim. İstəmirəm ki, bundan sonra açıqlama verəm. Bu açıqlamalar bura qədər idi. Əgər qarşı tərəf davam edəcəksə, mən də açıqlamalarımı davam etdirəcəm, yox onlar sakit dayanacaqsa mən də sakit dayanacam. Mən istəyirəm ki, qalmaqal olmasın. Qalmaqal mənlik deyil. Mən, bu şou-biznesə qalmaqalla gəlməmişəm, qalmaqalla da yadda qalmaq istəmirəm”, – deyə o, açıqlamasında bildirib.

Fatimə Quliyeva