Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Zafer Tv AZƏRTAC-a istinadən bildirir ki, qanunla “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilir.