Bəd xəbər! Bakıda gediş haqqı 50% artırıldı

Yanacağın qiymətinin artması taksilərlə rayon və şəhərlərarası sərnişindaşıma qiymətlərindən də yan keçməyib. Qiymətlərdə artım müşahidə edilir.

Zafer Tv KAİM.az-a istinadən xəbər verir ki, Gəncədən Bakıya və ətraf rayonlara sərnişin daşıyan taksi sürücüləri qiymətləri artırdıqlarını etiraf edirlər.

Burada qiymət artımı 50% civarındadır. İndiyədək Bakıya 1 sərnişinin 10 manata daşındığı Quba avtovağzalında da qiymətlər 15 manata yüksəlib.

Bənzər mənzərəni Lənkərandan Bakıya işləyən taksilərdə də müşahidə etmək mümkündür.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support