“Hazırda temperatur iqlim normasından aşağıdır” – Umayra Tağıyeva

Hazırda temperatur fevral ayının iqlim normasından 2 dərəcəyə kimi aşağıdır.

Zafer Tv bildirir ki, bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, fevralın 17-dən müşahidə edilən proses nəticəsində ən aşağı temperatur ölkənin dağlıq və dağətəyi rayonlarında qeydə alınıb: “Böyük Qafqazın Şahdağ, Qrız ərazilərində və Kicik Qafqazın dağlıq ərazilərində havanın temperaturu mənfi 14 dərəcəyə kimi aşağı enib. Respublikanın Aran rayonlarında isə havanın temperaturu mənfi 1 dərəcədən müsbət 3 dərəcəyə kimi dəyişib”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support