“Müharibənin nəticələri Qarabağdakı münaqişənin həlli deyil” – Ayvazyan

“Qarabağ münaqişəsi Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə və təhlükəsizlik hüququna əsaslanır”.

Zafer Tv Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Minsk Qrupu həmsədrləri ilə onlayn danışıqlar zamanı bildirib.- Advertisement –

Erməni nazir qeyd edib ki, müharibənin nəticələri münaqişənin həlli hesab edilə bilməz.

Videokonfrans zamanı Ayvazyan və vasitəçilər Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr tarixli birgə bəyanatında qeyd olunan humanitar məsələlər barədə də fikir mübadiləsi aparıblar.