“Rəmiş reanimasiyadadır, yanına buraxmırlar” – Xanımından açıqlama

Xəbər verdiyimiz kimi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib. 

Zafer Tv xəbər verir ki, gitara ifaçısının xanımı Gülü Axşam.az-a açıqlamasında bildirib ki, musiqiçinin müalicəsi davam edir:

“Reanimasiyadadır. Həkimlər lazım olan hər şeyi edir. Amma məni yanına buraxmırlar. Rəmişi xəstəxanaya yerləşdirilən gündən görmürəm. Bir-iki dəfə qapıdan baxmışam. İnanıram ki, tezliklə ayağa qalxacaq”.

Qaraciyərində problem olan Rəmişin son günlər halı lap pisləşmişdi. Sənətçinin qaraciyərinə su yığılmışdı. 

Qeyd edək ki, Rəmiş  Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support