Əhalinin Azərbaycanda satışı qadağan olan qızıla marağı artır – Türkiyənin yolu ilə gedəcəyik?

2019-cu ildən bəri qızılın kəskin şəkildə bahalaşması bazarlarda aşağı əyarlı qızıla tələbi artırıb. Bu hal zinət əşyalarını sevən bütün ölkələrdə müşahidə edilir. 


Azərbaycanda da insanların alıcılıq qabiliyyətinin “nəcib metal”ın hazırkı qiymətləri ilə uyğun olmaması aşağı əyarlı qızıl-zinət əşyalarına marağı artırıb. İndi insanlar “qiyməti aşağı olsun, əyarı aşağı olsa da olar” prinsipi ilə zinət əşyası seçməyə üstünlük verir.  


Zafer Tv bildirir ki, bu məsələdə alıcılara haqq qazandırmaq olar. Çünki 585 əyarlıq qızıldan hazırlanan 3-4 qramlıq üzüyü və ya bilərziyi əvvəl 300-400 manata almaq olurdusa, hazırda eyni zərgərlik məmulatını 500-600 manatdan aşağı qiymətə almaq qeyri-mümkündür. Alıcının isə ödəyə biləcəyi pul mövcud satış qiymətlərindən aşağıdır. Bu vəziyyətdə yeganə çıxış yolu daha aşağı əyarlı zərgərlik əşyasını alıcılara təklif etməkdir. 


Oxşar hal dünyanın zərgənlik məmulatları ixrac edən ölkələrinin istehsalçıları da aşağı əyarlı qızıldan istifadəni genişləndirir. Məsələn, Türkiyədə 585, 745 və 915 əyarından geniş istifadə edilsə də, bazarda formalaşan yeni şərtlərlə əlaqədar 333 əyarlı qızıl-zinət əşyalarının istehsalı güclənib. 


Azərbaycanda isə qızılın bahalaşdığı son aylara qədər insanlar əsasən 585 əyarlı qızıla üstünlük veriblər. Daha imkanlı alıcılar 750 və 958 əyarlı qızıl ala bilir. 

Qeyd edək ki, Azərbaycanda 333 əyarlı qızılın satışına icazə yoxdur. “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna görə ölkəmizdə ən aşağı qızıl əyarı 375-dir. Ümumilikdə isə ölkəmizdə 585, 750, 958 əyarına icazə verilir. Fiziki şəxslərin sifarişləri əsasında zərgərlik məmulatları 583 əyarlı qızıldan da hazırlana bilər. 

Azərbaycana idxal edilən qızıl-zinət əşyası daha çox Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və İtaliyadan gətirilir. İtaliyadan gətirilən zinət əşyaları bir qayda olaraq 750 əyarlı qızıldan hazırlanır. Əyarı yüksək olduğundan italyan qızılları baha olur və hər alıcı onlara yaxın durmur. İnsanlar əsasən Rusiya və Türkiyə qızıllarına maraq göstərir. Çünki bu ölkələrin istehsalı olan zinət əşyaları arasında aşağı əyarlı qızıla rast gəlmək olur. 


Türkiyə qanunvericiliyənə əsasən 585, 750, 915 əyarlı qızılla barəbər 333 əyarlı qızıl da istehsal edilir. Bu ölkədən xaricə ixrac edilən məhsullar arasında 375 əyarlı qızıl zinət əşyalarına da var. Türkiyə xarici bazarların tələbinə uyğun olaraq əlavə olaraq 375, 416 və 875 əyarlı qızıldan zinət əşyası istehsal edərək satır.  Rusiyada isə Azərbaycanda olduğu kimi ən aşağı əyar 375-dir. Bununla bərabər qonşu ölkədə 500, 585, 700 və 958 əyarı ilə zinət əşyasının istehsalına və satışına icazə var.

Beləliklə, yaxın vaxtlarda Azərbaycana Türkiyə və Rusiyadan 375 əyarlı qızıldan düzəldilən zərgərlik məmulatlarının idxalının bir qədər də artacağı realdır.  

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support