Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 8 avtomobil toqquşub

Qəbələ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Zafer Tv APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qəbələ rayon avtovağzalının yanında hərəkətdə olan iki ədəd “VAZ 2107”, iki ədəd “VAZ 21015”, bir ədəd “Ford”, bir ədəd “Mersedes” və iki ədəd “VAZ 2106” markalı avtomobillər toqquşub.

Qəzaya səbəb rayona yağan qardan sonra yolun buz bağlaması, sürüşkən olmasıdır.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə xeyli ziyan dəyib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support