Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Zafer Tv-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 472 nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər vəfat edib, aktiv xəstə sayı 2 164 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 215, ötən müddət ərzində isə ümumilikdə 2 535 825 test aparılıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support