Dövlət büdcəsi ilə tikilən Xizək Mərkəzi Vasif Talıbovun oğlunun şəxsi obyektidir

Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi obyektidir. 

Bu haqda məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli üzə çıxarıb. Belə ki, 2018-ci ildən təməli atılan və tikintisinə Muxtar Respublikanın büdcə vəsaitlərinin cəlb olunduğu mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun sahibi olduğu Nəxşicahan Holdinq LTD şirkətlər qrupunun “Ağbulaq istirahət mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. 

Seymur Talıbovun 35 yaşı var, sahibi olduğu tək “Nəxşicahan” qrupuna 35-dən artıq şirkət daxildir: “Muxtar Respublikadakı az qala bütün otel müəssisələri, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri və tibb klinikaları bu qrupa daxildir”. 

Seymur Talıbov eyni zamanda Naxçıvan MR-nın Ali Məclisinin üzvü, Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.  (Yenisabah.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support