Kübra Əliyeva xəstəxanaya yerləşdirildi

Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb. 

Zafer Tv xəbər verir ki, məşhur aktrisa ötən gün xəstəxanaya aparılıb.


Bu barədə aparıcı Elgiz Əkbər məlumat verib. Onun sözlərinə görə, 71 yaşlı aktrisa əməliyyat olunub.


Qeyd edək ki, K. Əliyeva 2011-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir,  süd vəzilərinin ikisi də amputasiya edilib.