Putin qapalı görüşdə Qarabağ haqda nə deyib? “Açıqlanmasın…”

Bir neçə gün əvvəl bir qrup Rusiya KİV-lərinin baş redaktorları ilə birlikdə prezident Vladimir Putinlə qapalı görüşdə iştirak edən tanınmış jurnalist, “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktov maraqlı məqam barədə bəhs edib.

Zafer Tv xəbər verir ki, Venediktov “Exo Moskva”nın efirində, “Vasitəçilərsiz” adlı proqramda çıxış edərkən izləyicilərin həmin görüş barədə suallarına da cavab verib.

O bildirib ki, görüş barədə bəzi müşahidələrini əməkdaşları ilə bölüşüb, amma açıqlanmamaq şərti ilə. “Məsələn, Seryoja Buntman (Sergey Buntman-“Exo Moskva”nın baş redaktorunun müavini,-red.) məndən soruşdu: “Bəs Putin Qarabağ haqda nə dedi?” Mən ona danışdım, bir şərtlə ki, bunu heç yerdə açıqlamasın. Lakin bu onu maraqlandırırdı. Mən bilirəm ki, o, dediklərimi açıqlamayacaq. Və açıqlamadı. Və bu, çox mühümdür”,-Venediktov bildirib. (Virtualaz.org)

Xatırladaq ki, bundan əvvəl Venediktov Putinin qapalı görüşdə Qarabağ haqda dediklərindən bir parçanı hər halda ictimailəşdirmişdi. Bildirmişdi ki, Putin  Rusiyanın son illərdə qazandığı hansı nailiyyətlərlə fəxr etməsi haqda danışarkən üç məsələni göstərib: Qarabağ əhvalatı, koronavirusa qarşı vaksinin hazırlanması və hipersəs sürətli silahların hazırlanması.