Restoranlarda qiymət artımı: Yeməklər bahalaşıb

Pandemiya səbəbindən uzun müddət müştərilərin üzünə bağlı olan kafe və restoranlarda qiymətlər artıb. Paytaxt restoranlarında pandemiyadan əvvəlki qiymətlərlə indiki qiymətlər arasında fərq yaranıb.

Zafer Tv BAKU.WS-yə istinadən xəbər verir ki, kafe və restoranlarda müştərilərə təklif olunan yeməklərin qiymətində 10-20 faiz artım müşahidə olunur.

Demək olar ki, bütün növ kababların qiyməti 1-2 manat artıb. Qiymət bahalaşması qazan yeməklərində də özünü göstərir. Bəzi tərəvəzlər bahalaşdığından salatlar da baha satılır.

Restoran işlədən şəxslər bildirirlər ki, qiymət artımına səbəb son dövrlər ərzaq məhsullarının bahalaşmasıdır. Mövcud vəziyyətdə kafe və restoranlarda qiymət artımının qarşısını almaq məqsədilə sahibkarlara hər hansı subsidiya və yardımların edilməsi mümkün ola bilərmi?

Millət vəkili Vahid Əhmədov BAKU.WS-ə deyib ki, restoranlara dövlət tərəfindən hər hansı yardımın edilməsinə ehtiyac yoxdur:

“Restorana gedənlər imkanlı şəxslər və başqalarıdır. İmkanı az olan şəxslər restorana getmir. Restoranlara dövlət tərəfindən hər hansı yardımın edilməsinə ehtiyac yoxdur. Çünki bizim pul ayrılmalı kifayət qədər sahələrimiz var. İşğaldan azad edilən ərazilər üçün kifayət qədər vəsait tələb olunur. Digər tərəfdən şəhid ailələri və qazilərimiz var.

Kənd təsərüffatı məhsullarının qiymətinin bahalaşmamsı üçün isə dövlət müəyyən subsidiyalar ayıracaq. Cənab prezident də bu istiqamətdə həmişə çalışıb ki, kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım olmasın. Hesab edirəm ki, subsidiya və datasiyaların verilməsi ilə qiymət artımının qarşısını almaq mümkün olacaq”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support