Smart-kart tipli sayğaclara ödəniş etmək olmur? – RƏSMİ CAVAB

Bakıda mənzillərə quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb.

Bunu Zafer Tv-ə açıqlamasında “Azəriqaz” İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, sistemdə kiçik texniki problem yaranıb:

“Ödənişlə bağlı dünən axşam saatlarında problem yaranmışdı. Bəzən proqram təminatında belə problem yaşanır. Artıq bu problem aradan qaldırılıb və vətəndaşlar sayğac kartlarına pul köçürə bilərlər”.

Buna qədər BAKU.WS-in “Qaynar xətt”inə daxil olan məlumatda qeyd edilmişdi ki, Xətai rayonu, Corat küçəsindəki mənzillərə quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etmək olmur.