Zəngəzura gedən yol Azərbaycanın nəzarətinə keçdi

Goris-David-bek (Gorus-Zeyvə – red.) yolunun Ermənistanın Sünik bölgəsindən (Zəngəzur -red.) keçən 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçəcək.

Zafer Tv xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.- Advertisement –

Əldə edilən razılığa görə, yolun bu hissəsinin üç il ərzində Azərbaycan və Ermənistan tərəfindən birgə idarə ediləcəyi bildirilir. Bu müddət bitdikdən sonra yolun hissəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək.

Bu məlumat Ermənistanda etirazlara səbəb olub. Sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri hökumətlərini Azərbaycana güzəşt etməkdə günahlandırırlar.

Qeyd edək ki, bu yolun 21 kilometrlik hissəsi Sovet dövründə inşa ediib. O dövrdə Sovet respublikaları sərhəd məsələlərinə az əhəmiyyət verirdi. İndi Ermənistan yolun bu hissəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olduğunu qəbul etmək məcburiyyətində qalır. Belə bir vəziyyətdə Azərbaycanın bu yolda sərhəd və gömrük nəzarətini tətbiq etmək hüququ yaranır. Ancaq indiyə qədər Ermənistan tərəfinə yoldan istifadə etmək üçün müvəqqəti icazə təqdim edilib.