“Biz səhnədən gedirik, tükəndik” – Əkizlər vidalaşdılar

Müğənni Sevil və Sevinc Səfərova bacıları səhnədən gedir.

Zafer Tv axşam.az-a istinadən bildirir ki, bu haqda əkizlər özləri açıqlama yayıb. Onlar bildirib ki, İnstaqram-dakı 2,7 milyonluq profillərini də bağlayırlar:

“Bilmirəm hazırda verdiyimiz açıqlama necə qarşılanacaq. Biz yorulduq, tükəndik, bitdik. Qərara gəldik ki, səhnəni tərk edək. Sabahdan “sevil-sevinc” İnstaqram səhifəsi olmayacaq. Dəstəyiniz üçün çox sağ olun, bizə halallıq verin. Əlvida”.