İran İraqla sərhədlərini bağladı

Koronavirusun İranda, əsasən də cənub-qərb yerləşən Xuzistan vilayətində yayıldığını nəzərə alaraq İranın İraqla sərhədlərinin bağlanmasına qərar verilib.

Bunu İranın Koronavirusla Milli Mübarizə Komitəsinin icra qərargahının rəhbəri və İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərə açıqlamasında deyib.

Zafer Tv xəbər verir ki, bu barədə Trend IRNA-ya istinadən məlumat verir.Ə.Rəhmani Fəzlinin sözlərinə görə, İranın Xuzistan vilayətinə giriş-çıxış, bu vilayətin şəhərləri arasında hərəkətlərə məhdudiyyət tətbiq edilib.İranlı nazir əlavə edib ki, Novruz bayramının yaxınlaşması ilə əlaqədar kütləvi toplantılar, sərgilərin keçirilməsi qadağan edilib. Həmçinin, şəhərlərarası yollarda hərəkətlərə ciddi şəkildə nəzarət olunacaq.

Rəhmani Fəzli müxtəlif ölkələrdən satın alınan vaksinlərin tez bir zamanda İrana gətirilməsi ilə əlaqədar müvafiq qərarların qəbul edildiyini deyib.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support