“Qorxmadılar, sınmadılar…” – Rəşad Sadıqov

“Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməli idilər. İlk hissədə topa maksimum nəzarət edib, təzyiqin qarşısını almağa çalışırdıq. Amma istədiyimiz kimi alınmadı”.

Zafer Tv qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə “Keşlə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyunundan sonra mətbuat konfransında deyib.O, 2-ci hissədə daha yaxşı çıxış etdiklərini bildirib:

“Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, bu cür ağır səfər matçından xalla ayrıldıq. Həm “Keşlə”, həm də ötən tur qarşılaşdığımız “Sabah” ilk “3-lüy”ə namizəd komandalardır. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var. Qələbə qazanıb xal ehtiyatımızı artırmaq istəyirdik, amma bu görüşlərdə uduzmamaq bizim üçün çox önəmli idi. Komandamı ürəkdən təbrik edirəm. Qorxmadılar, sınmadılar, sonadək mübarizə apardılar”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support