Yeni transfer derbini buraxacaq

İtaliya A seriyasının XXIII turunda “İnter”lə qarşılaşacaq “Milan” itki ilə üzləşib.

Zafer Tv apasport.az-a istinadən bildirir ki, “rossonyerlər”in hücumçusu Mario Mandzukiç sıradan çıxıb.Xorvatiyalı fovard əzələsində yaranmış problem ucbatından bugünkü məşqi buraxıb.

“Milan”la ötən ay müqavilə bağlayan yeni transferin “İnter”lə derbidə iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, “Milan” – “İnter” oyunu fevralın 21-də keçiriləcək. Hazırda “İnter” 50 xalla 1-ci, “Milan” isə 49 xalla 2-ci pillədədir.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support