ABŞ Türkiyə sərhədlərinə ordu gətirir: 150 helikopter, tanklar…

ABŞ 150-dən çox helikopteri Yunanıstanın Xanti şəhərinə toplayır.

Zafer Tv Oxu24.com-a istinadən xəbər verir ki, ABŞ helikopterlərdən Yunanıstanda və digər Balkan ölkələrində keçiriləcək müxtəlif hərbi təlimlərdə istifadə etmək üçün yararlanacaq.

ABŞ hərbi texnikalarının Yunanıstanın Dədəağac limanına gətiriləcəyi bildirilib.Limana 110 “Blək Havk” və 25 “Apaçi” hücum helikopteri, 10 “Çinuk” ağır nəqliyyat helikopteri və tanklar da daxil olmaqla, ümumilikdə 1800-dən çox hərbi texnikanın gətiriləcəyi elan edilib.

Qeyd edək ki, daha öncə ABŞ Yunanıstanda keçirilən təlimlərdən sonra sözügedən limanda 30 ədəd “Blək Havk” hücum helikopterini saxlamışdı.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support