Göyçayda “BMW” yoldan çıxaraq aşıb, 6 nəfər xəsarət alıb

Zafer Tv APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.

“BMW” markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support