Mars planetində insanların daimi yaşaması artıq onilliyin sonunda mümkün olacaq.
Zafer Tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış mühəndisi, “Mars cəmiyyəti”nin prezidenti Robert Zubrin bildirib.
O, qeyd edib ki, qırmızı planetdə ilk milyonluq şəhər 2100-cü ildə yaradıla bilər.
“Bu vaxta qədər Marsa min nəfər göndərə bilərik, onlar daha çox insanın dolanışığını təmin edə bilmək üçün Marsda sənaye və kənd təsərrüfatı imkanları yaradacaqlar”, – Zubrin deyib.