Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Zafer Tv “BakuPost”a istinadən xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.
Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar onu xilas etmək istəsələr də cəhdləri uğursuz olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.