Elektrik enerjisini xaricə əhaliyə satılandan ucuz satmışıq – RƏQƏMLƏR

Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 8 milyon 404,85 min kVt.saat elektrik enerjisi ixrac edilib və bu həcmdə elektrik enerjisinin dəyəri 349,73 min dollar olub.

Açıqlanan rəsmi məlumatlar göstərir ki, xaricə satılan elektrik enerjisinin 1 kVt.saatının gömrük dəyəri 4,1 sent və ya mövcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 6,9 qəpik təşkil edib.

Ötən ilin eyni dövründə xaricə satılan elektrik enerjisinin 1 kVt.saatının gömrük dəyəri isə 5 sent (8,6 qəpik) olub.Məlumat üçün onu da qeyd edək ki, hazırda 1 kVt.saat elektrik enerjisinin daxili bazardakı qiyməti aylıq istehlak 300 kVt.saatadək olduğu zaman 7 qəpik (4,1 sent), 300 kVt.saatdan artıq olduqda isə 11 qəpiyə (6,5 sent) bərabərdir. (yeniavaz.com)