Küçədə narkomaniyanın fəsadları barədə sosial çarxlar nümayiş ediləcək

Narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin məlumatlandırılması məqsədi ilə hazırlanan videoçarxların və xüsusi şüarlar əks olunan sosial lövhələr Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunun prospekt və küçələrində, avtobus dayanacaqlarında, habelə Bakı şəhərinin metro stansiyalarında yerləşdiriləcək.

Zafer Tv Trend-ə istinadən bildirir ki, bu barədə “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı”nda göstərilib.

Prosesə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Bakı Nəqliyyat Agentliyi, Dövlət Reklam Agentliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, digər aidiyyəti qurumları cəlb ediləcək.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support