Ötən ay Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı açıqlanıb

2021-ci ilin yanvarında Azərbaycandan Türkiyəyə 14 867 turist səfər edib ki, bu da 2020-ci ilin yanvarı ilə müqayisədə 72,86 faiz azdır.

Bu barədə Zafer Tv-yə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,92 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvarında Türkiyəyə 507 787 turist səfər edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 71,48 faiz azdır.

Qeyd edək ki, 2020-ci ildə Türkiyəyə 12,734 milyon turist səfər edib ki, bu da 2019-cu illə müqayisədə 71,74 faiz azdır.

Ötən il Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,86 faiz təşkil edib.