Polis cəriməsini yerində ödəməyən şəxsi bölməyə apara bilər?

Avtobusda maskanı çənəsinə endirib telefonla danışarkən, polis əməkdaşı Samir Cəfərova protokol yazıb. Daha sonra cəriməni yerində ödəmək tələb olunub. Samir bundan imtina etdiyi üçün onu yaxınlıqdakı polis bölməsinə aparıblar.Vətəndaşdan yerində ödəmə tələb etmək, bu alınmadıqda onun bölməyə aparılmasının hüquqi əsası varmı?

Zafer Tv Sfera.az-a istinadən xəbər verir ki, nağdız hesablaşmalar haqqında qanuna əsasən inzibati cərimələrin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə görə, cərimə 30 gündən gec olmayaraq ödənilməlidir. Qanunvericilikdə cərimənin yerindəcə ödənilməsi ilə bağlı heç bir qeyd yoxdur.Hüquqşünas Şəmsəddin Əliyev bildirir ki, vətəndaşın üzərində 100 manat olmaya bilər və buna görə polis onu bölməyə apara bilməz:”Polis maskasız şəxsə protokol tərtib edir. Protokolun bir surətini vətəndaşa verir. Vətəndaş da həmin protokola əsasən gedib o cəriməni ödəməlidir”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support