Prezidentin xüsusi nümayəndələri ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Zafer Tv AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 11.1.2.1-1-ci, 11.1.3.3-1-ci və 11.1.4.3-1-ci maddələr əlavə edilir:

“11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;”;

“11.1.3.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;”;

“11.1.4.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri;”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support