Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradılıb – Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Zafer Tv AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.4-cü yarımbəndinə aşağıdakı məzmunda 4-2-ci abzas əlavə edilir:

“4-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support