Qar Cəlilabadda bir sıra fəsadlar törətdi – VİDEO

Ötən gün axşam saatlarından etibarən  yağan qar Cəlilabadın dağ və dağətəyi yaşayış məntəqələrində bir sıra fəsadlar törədib. Hazırda yağmağa davam edən qarın qalınlığı 20 sm-ə çatıb.

Zafer Tv xezerxeber.az-a istinadən bildirir ki, rayonun əsasən Buravar, Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib. Həmçinin Cəlilabad – Yardımlı yolunda da hərəkət dayanıb.

Ərazidə, həmçinin internet xətləri qırılıb. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.

Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, hazırda rayonla kəndlər  arasında əlaqənin bərpa olunması istiqamətində işlər gedir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support