Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanıldı – Özünü öldürmə həddinə çatdırma

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş prokurorluğun mətbuat xidmətindən Zafer Tv-yə verilən məlumata görə, Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.

“2001-ci il təvəllüdlü  Atakişiyeva Sevil Samir qızının  fevralın 21-də saat 20 radələrində  paytaxtın Xətai rayonu ərazisində yerləşən  yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon  prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb”, – deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.   

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support