17 yaşlı oğlan Tik Tok videosu çəkərkən öldü – FOTO

Yeniyetmə Tik Tok videosu çəkərkən faciəvi şəkildə ölüb.

Zafer Tv Milli.Az-a istinadla bildirir ki, dəhşətli olay Türkiyənin Ağrı vilayətində yaşanıb. 17 yaşlı Muhammet Halim Taşdemir Tik Tok üçün video çəkərkən əlindəki silahın açılması səbəbindən dünyasını dəyişib.

Patnos dövlət xəstəxanasına çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda dünyanın ən populyar video paylaşım şəbəkəsinə çevrilən Tik Tok-a giriş bir sıra ölkələrdə qadağan edilib.

Milli.Az

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support