Daha bir Ermənistan naziri Azərbaycan sərhədini keçib Xankəndiyə gəldi…

Zafer Tv Moderator.az-a istinadən xəbər verir ki, bu gün 22 fevralda cinayətkar rejimin başçısı Arayik Arutunyan Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mətbuatın bildirdiyi kimi, Arutunyan Ermənistan və Dağlıq Qarabağın tərəfdaş strukturları arasında əməkdaşlığın vacibliyini qeyd edib. Vahram Dumanyan çıxışında bütün cavabdeh nazirliklərin Qarabağa gəldiyini və səfər çərçivəsində çox aktual mövzuları müzakirə etməyi planlaşdırdığını qeyd edib.

 P.S. Ermənistan rəhbərlərinin Azərbaycana gəlməsinə qarşı olan etiraz hələ ki, öz müsbət həllini tapmayıb. RF XİN rəhbəri Sergey Lavrov məsələni şərh edərkən gediş-gəlişə mane ola biləcək heç bir müddəanın razılaşmada olmadığını vurğulamışdı və görünür belə halların qarşısı alınmadıqca istənilən erməni sərbəst gəlib gedəcək.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support