Niyə bəzi yerlərdə qaz yoxdur?

Dünəndən paytaxtda və bölgələrdə müşahidə edilən qarlı-şaxtalı hava qazın verilişində də problemlər yaradıb.

Zafer Tv qafqazinfo-ya istinadən xəbər verir ki, əsasən Xırdalan, Masazır, Binə qəsəbəsi və Xətai rayonundakı bəzi ərazilərdə ötən axşamdan etibarən qaz yoxdur, sakinlər evlərini qızdıra bilməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxladıq. O bildirib ki, yaranmış problemlə bağlı əməkdaşları iş başındadır:

“Gecədən Xətainin bir hissəsinə qazın verilişi bərpa edildi. Çünki orada problem böyük idi. Hazırda Masazır, Binə və Xırdalanda prosesi tənzimləməyə çalışırlar. Təzyiqin tənzimlənməsində problem var.Bu dəqiqə qazı olmayan yer yoxdur. Amma hansısa ərazilər aşağı, hansısa yerlər isə normal təzyiqlə qazı götürür.

Xırdalan və Masazır qazı aşağı təzyiqlə götürür. Həmin ərazilərdə bir müddət işıq olmadı. Bu zaman xətdə güclü yüklənmə getdi. Təlabat birdən- birə artdı. Tapşırıq var ki, problem ən tez vaxtda həll edilsin və magistral götürülən qaz normal rejimdə şəbəkəyə verilsin. Qəbələ və Gəncədən qazın təzyiqinin aşağı düşməsiylə bağlı müraciət gəlmişdi. Günorta saatlarına kimi bu məsələlər həll ediləcək”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support